12 yanvar 2016 11:00
Qəbələnin Türkiyədəki ikinci günündə iki məşq
2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 2-ci gününü 2 məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.



