Azərbaycan Belarusa da uduzdu
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən qarşılaşma yığmamız üçün yaxşı başlayıb. Komandamız fasilə ərəfəsində hesabı açıb. Amma ikinci hissədə belaruslular iki qol vuraraq, yığmamız üzərində əzmkar qələbə qazanıblar.
Xatırladaq ki, yığmamız qrup mərhələsində Latviya ilə heç-heçə edib (1:1), Bolqarıstana qalib gəlib (2:0), Sloveniyaya isə uduzub (0:4).
Valentin Qranatkinin xatirə turniri
7-ci yer uğrunda oyun
12 yanvar
Azərbaycan - Belarus - 1:2 (1:0)
Qollar: D.Öksüz, 45 (1:0). S.Diçenkov, 77 (1:1). V.Lisakoviç, 85 (1:2).
Azərbaycan: 1. Murad Popov, 2. Hüseyin Seyliqli, 3. Ricat Qarayev (14. Bahadur Həziyev, 88), 4. Yusif Həsənov, 5. Əsədov Elçin (k), 6. İbrahim Qədirzadə (11. Murad Mahmudov, 67), 7. Fərid Nəbiyev, 8. Gülər Mətin, 9. Doğukan Öksüz, 10. Pilağa Mehdyev, 18. Murat Cem Akpınar (16. Süleyman Əhmədov, 88).
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Şahin Zəkiyev, 17. Arziman Rizvanov, 20. İsmayıl Babayev, 19. Aslan Bədəlzadə.
Baş məşqçi: Təbriz Həsənov.
Belarus: 12. Vladislav Kujal, 2. Maksim Şvetsov (k), 4. Vyaçeslav Krivulets, 7. Anton Yravikov (8. Anton Belezyak, 36), 10. İvan Bahar, 11. Pavel Kuptsov, 13. İvan Kisel, 15. Artur Saramaxa (18. Sergey Diçenkov, 63), 16. Yuri Krayko (14. Pyotr Kazantsev, 46), 17. Vitali Lisakoviç, 20. Pavel Sedko.
Ehtiyat oyunçular: 1. Pavel Pavliçenka, 5. Konstantsin Kuçyunski, 9. İlya Baqlay, 19. Denis Qolotsukov.
Baş məşqçi: Mixail Markel.
