12 yanvar 2016 00:25
Bədavi Hüseynov: Muaremin qayıdışına sevinirəm
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov keçmiş komanda yoldaşı Muarem Muaremin yenidən Ağdam klubuna qayıtmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Muaremi görərkən yaxşı mənada təəccübləndim. O, "Qarabağ" üçün çox iş görüb. Bu üzdən də onun qayıtmasına sevinirəm. Onun müsbət keyfiyyətlərinə bələdik. Mənim fikrimcə, Muaremin "Qarabağ"a köməyi dəyəcək".
