11 yanvar 2016 20:00
Qarabağın daha iki gənc futbolçusu icarəyə göndərildi
"Qarabağ" daha iki gənc futbolçusunu icarəyə verib. Azerisport.az xəbər verir ki, Turkiyənin Antalya şəhərində qış-təlim məşq toplanışında olan komanda hazırlıqlar ərəfəsində Vüqar Mustafayev və Namiq Ələsgərovu müvafiq olaraq "Zirə" və "Kəpəz"in düşərgələrinə göndərib.
