11 yanvar 2016 19:40
Qış turnirinin final matçı harada keçiriləcək?
Azərbaycanın qış fasiləsini ölkə ərazisində keçirəcək klubları arasında təşkil olunan mini turnirin final matçının hansı arenada keçiriləcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, qrup mərhələsinin oyunları "AZAL Arena" və "Bayıl Arena"da keçiriləcək.
Final matçı isə Bakı Olimpiya stadionunda təşkil olunacaq.
Qeyd edək ki, turnirdə 7 komanda iştirak edəcək - AZAL, MOİK, "Şərurspor", "Neftçi", "Xəzər Lənkəran", "Neftçala" və "Rəvan".
