11 yanvar 2016 18:20
Millinin məşqçiləri klubların hazırlıq prosesini izləyəcək
Bu gün - yanvarın 11-dən etibarən Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşq prosesini və yoxlama oyunlarını izləməyə başlayıblar. Azerisport.az xəbər verir ki, yanvarın 15-dən isə millinin baş məşqçisi Robert Prosineçki də onlara qoşulacaq.
Qeyd edək ki, hazırda Türkiyədə "Qarabağ", "Qəbələ", "Zirə" və "İnter" hazırlıq keçir. Bir neçə gündən sonra isə "Sumqayıt"ın da Antalyaya yollanması gözlənilir.
