11 yanvar 2016 18:40
Neftçi yığmamızın sabiq üzvünü baxışdan keçirir
"Neftçi" Premyer Liqanın üçüncü dövrəsinə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bakılılar eyni zamanda heyəti gücləndirmək yönündə də fəaliyyətlərini davam etdirirlər.
Belə ki, paytaxt klubu Rusiya "Ural"ında çıxış edən Elbəy Quliyevi baxışa dəvət edib. Bu futbolçu "Ural"ın yetirməsi olsa da, cari mövsümə Qazaxıstanın "Jetısu" klubunda başlamışdı. Lakin futbolçu icarə əsasında çıxış etdiyi bu komanda istədiyi qədər oynamaq şansı qazana bilmədiyindən, Qazaxıstanı tərk edib.
Xatırladaq ki, Quliyev vaxtilə Azərbaycanın gənclərdən ibarət yığmasına da dəvət alıb.
