11 yanvar 2016 17:40
Xəzər Lənkəran Əliyevlə yeni müqavilə bağlamaq istəyir
"Xəzər Lənkəran" yarımmüdafiəçisi Orxan Əliyevi heyətində saxlamaq istəyir. Azerisport.az xəbər verir ki, gənc futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb.
Amma cənub klubu ona yeni müqavilə təklif edib. Baxmayaraq ki, Əliyev hələ klubun təklifinə dəqiq cavab verməyib. Yaxın günlərdə bu məsələyə aydınlıq gəlməsi gözlənilir.
Qeyd edək ki, son aylarda zədəli olan Əliyev buna görə ikinci dörvədə demək olar ki, meydana çıxmamışdı.
