11 yanvar 2016 17:20
Rəşad Qasımov: FİFA-ya şikayət edən bütün futbolçuların borcunun ödənilməsi üçün iş gedir
"İnter"in prezidenti Rəşad Qasımov klubun borclarının qaytarılması yönündə aparılan işlərdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"in borcu ilə bağlı mətbuatda müxtəlif məbləğlər açıqlanır. Amma bircə onu deyə bilərəm ki, hazırda FİFA-ya şikayət edən bütün futbolçuların borcunun ödənilməsi üçün iş gedir. Eyni zamanda Peşəkar Futbol Liqasına olan borcumuzu da bağlamağa çalışırıq. Yanvarın sonunadək bu borcları bağlamaq üçün vaxtımız var".
