11 yanvar 2016 16:00
Aleksandr Sitnik Kəpəzdən getdi
Yevlaxda təlim-məşq toplanışına start verən “Kəpəz” daha bir futbolçu ilə yolları ayırıb. Azerisport.az xəbər verir ki, qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitnik Gəncə klubunu tərk edib.
Xatırladaq ki, hücumçu cari mövsümdə 17 oyunda meydanda olaraq rəqib qapısından iki qol keçirib. Sitnik “Qəbələ” və “Sumqayıt” ilə səfər oyunlarında fərqlənib.
“Kəpəz” rəhbərliyi futbolçunun komandadakı əməyini qiymətləndirib və ona gələcək karyerasında uğur arzulayıb.
