11 yanvar 2016 13:00
Zirə amerikalı hücumçu ilə güclənə bilər
Finlandiyanıb RoPS klubunun hücumçusu Con Oluremi Azərbaycana qayıda bilər. Azerisport.az xəbər verir ki, AZAL-ın sabiq forvardı ilə "Zirə" maraqlanır.
Amerikalı futbolçu saytımıza açıqlamasında bunu özü söyləyib:
"Zirə"yə keçmək variantım var. Hazırda bu komanda Türkiyədədir. Mən də oraya uçacağam. Öncə müqavilənin detallarını razılaşdırmalıyıq. Hazırda Azərbaycan futbolunda böhran olduğunu bilirəm. Amma maliyyə problemləri bütün klublara aid deyil. Vəziyyətin yaxşı olduğu komandalar da var. "Zirə" ilə dərhal müqavilə bağlamaq istəmirəm. Danışıb, hər şeyin necə olacağını görəcəyik. Düzgün qərar vermək istəyirəm. Əlbəttə, futbolçu üçün müqavilənin maliyyə tərəfi də önəmlidir. İstənilən halda, hər şeyi müzakirə edəcəyik".
