11 yanvar 2016 12:40
Xəzər Lənkərana transfer qadağası aradan qalxsa da...
Xəbər verdiyimiz kimi, FİFA "Xəzər Lənkəran"a qarşı tətbiq etdiyi transfer qadağasını ləğv edib. Azerisport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, cənub klubu yeni transferlər edə bilər.
Amma FİFA cənublulardan 600 000 avroluq borcu ödəməyi də tələb edir. Bu azmış kimi, Peşəkar Futbol Liqası da daxili arenalardakı yarışlara görə borcları tələb edir. XL hər iki quruma olan borcunu yanvarın sonuna qədər ödəyə bilməsə, yenə də transferlərini qeydiyyatdan keçirə bilməyəcək, üstəlik, legionersiz oynamalı olacaq.
