11 yanvar 2016 11:40

Kəpəz Bakıdakı turnirdən imtina etdi

Bu gün Azərbaycan klublarının iştirakı ilə qış fasiləsi dövründə keçiriləcək mini-turnirin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, turnir yanvarın 13-də start götürəcək və ayın 24-də yekunlaşacaq.

Təşkilatçılardan olan AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun saytımıza verdiyi məlumata görə, bu gün saat 16:00-da turnirə qatılacaq klubların nümayəndələrinin iştirakı ilə toplantı baş tutacaq. Həmin toplantıda elə turnirin püşkü də atılacaq və reqlament müəyyənləşəcək.

Qeyd edək ki, bu turnirdə dördü Premyer Liqa ("Neftçi", AZAL, "Xəzər Lənkəran", "Rəvan"), qalanı isə birinci divizion təmsilçisi ("Şərurspor", "Qaradağ Lökbatan" , "Neftçala" və MOİK) olmaqla səkkiz klub iştirak edəcək. Komandalar dörd komandadan ibarət iki qrupda mübarizə aparacaq. İlkin formata görə, qrup birinciləri finalda turnirin qalibini müəyyənləşdirəcəklər. Turnirin oyunları "Bayıl Arena" və "AZAL Arena"da keçiriləcək.

Sonda onu da xatırladaq ki, "Kəpəz" bu turnirdə iştirakdan imtina edib. Buna səbəb Gəncə klubunun Yevlaxda təlim-məşq toplanışında olmasıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.