11 yanvar 2016 00:15
Eddi İsrafilovsuz Eybar ev oyununda qələbə qazandı
İspaniya La Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Espanyol"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 2:1 hesablı qələbəyə sevinib. İsrafilov bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Eybar" hazırda 30 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
