10 yanvar 2016 18:30
Zirə Türkiyə toplanışına start verdi
“Zirə” qış hazırlığının növbəti mərhələsini Türkiyədə həyata keçirir. Azerisport.az xəbər verir ki, dünən Antalyaya yola düşən “qartallar” bu gündən etibarən məşqlərə star verib.
Baş məşqçi Adil Şükürov toplanışın ilk həftəsində əsasən ümumi dözümlülük və fiziki hazırlığa üstünlük verəcək. Bu gün baş tutan ilk məşqdə də komanda ümumi dözümlülük üzərində çalışdı.
Xatırladaq ki, yanvarın 23-dək davam edəcək təlim-məşq toplanışı zamanı “Zirə” 3 yoxlama oyununda qüvvəsini sınayacaq.











