10 yanvar 2016 14:00
Diniyev Dneprin oyunçusunu baxışa çağırdı
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev komandaya yeni legioner dəvət edib. Azerisport.az xəbər verir ki, bu, 27 yaşlı ukraynalı yarımmüdafiəçi Vladimir Korobkadır.
O, Gəncə klubunda baxışda olacaq. Bəyəniləcəyi halda futbolçu ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Korobka vaxtilə "Dnepr" və "Tavriya" kimi klublarda çıxış edib.
