10 yanvar 2016 13:30
Pərdis Fərcad-Azad: Vaqif Cavadovun bizə çox köməyi dəyəcək
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Vaqif Cavadovun bu kluba transferini dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Cavadova 100 faiz inanıram. O, komandamıza çox kömək edəcək. Çünki güclü futbolçudur. Doğma meydanda keçirdiyimiz ilk yoxlama oyunları xüsusi əhəmiyyət daşımırdı. Əsas üstünlüyü Türkiyə toplanışına verəcəyik. Komandamızın hər bir üzvü bu toplanışı vacib hesab edir. Ona görə də Türkiyə toplanışına getmək üçün biletləri özümüz aldıq".
