10 yanvar 2016 11:00
Azərbaycan Belarusa qarşı oynayacaq
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Valentin Qranatkinin xatirə turnirində növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Təbriz Həsənovun çalışdırdığı komandamız Sankt-Peterburqda keçirilən yarışda 7-8-ci yerlər uğrunda mübarizədə Belarusla qarşılaşacaq. Qarşılaşma yanvarın 12-də baş tutacaq.
Qeyd edək ki,yığmamız qrup mərhələsində Latviya ilə heç-heçə edib (1:1), Bolqarıstana qalib gəlib (2:0), Sloveniyaya isə uduzub (0:4).
