10 yanvar 2016 00:25
Rəvan Çelidzeni heyətinə qatmaq istəyir
"Rəvan" heyətini gürcü yarımmüdafiəçi ilə gücləndirmək istəyir. Azerisport.az xəbər verir ki, paytaxt klubu Sandro Çelidzeni heyətinə qatmağa çalışır.
"Aslanlar" hazırda bu futbolçu ilə danışıqları davam etdirir. Böyük ehtimalla onunla 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Çelidzenin son klubu Rusiya "Torpedo"su (Vladimir) olub.
