9 yanvar 2016 20:30
Sumqayıt AZAL-ı darmadağın etdi
Bu gün "Sumqayıt" ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Samir Abasov komandasını bu dəfə AZAL-la görüşdə sınaqdan keçirib.
Matç 4:1 hesabıyla sumqayıtlıların xeyrinə başa çatıb. "Sumqayıt"ın qollarını dubla imza atan Amil Yunanov və hərəyə bir dəfə fərqlənən Ağabala Ramazanovla Xəyal Nəcəfov vurub.
Qeyd edək ki, bu gün "Sumqayıt" ilk yoxlama oyununda "Şərurspor"la qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
