9 yanvar 2016 19:40
Rəşad Eyyubov: Kəpəz sağ olsun ki, Qəbələyə keçidimə mane olmadı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Eyyubov "Kəpəz"i "Qəbələ"yə dəyişməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, "Qəbələ" kimi güclü kluba keçdim. Yeni komandam qarşısına böyük hədəflər qoyub. "Kəpəz" rəhbərliyi də sağ olsun ki, mənə güzəştə getdi və "Qəbələ"yə keçidimə şərait yaratdı. Yeni klubumda özümü yaxşı tərəfdən göstərməyə çalışacağam".
