9 yanvar 2016 19:00
1966-cı ilin bürünc mükafatçısı Valeri Hacıyev dəfn olundu
Ötən gün dünyasını dəyişən “Neftçi”nin veteran futbolçusu Valeri Hacıyev bu gün son mənzilə yola salınıb. Azerisport.az xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda baş tutmuş dəfn mərasimində “Neftçi”nin rəhbərliyi, klubun məşqçi və inzibati heyəti, eləcə də U-17 komandamızın üzvləri iştirak ediblər.
1966-cı ilin bürünc mükafatçısı ilə vidalaşmağa gələnlər arasında AFFA rəhbərliyi ilə yanaşı, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları olublar.





