9 yanvar 2016 19:20
Neftçinin əvəzediciləri qələbə qazandı
“Neftçi”nin əvəzedici heyəti ölkə çempionatının üçüncü dövrəsinə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Həvəskarlar Liqasında mübarizə aparan “Meqa” klubu ilə qarşılaşıb.
“Dalğa Arena”nın ehtiyat meydançasında baş tutmuş görüş baş məşqçi Tofiq Mustafayevin komandasının 3:1 hesablı qələbəsi ilə nəticələnib. “Neftçi”nin qollarını Ramiz Quliyev, Əli Babayev və Etibar Süleymanov vurublar.
