9 yanvar 2016 15:30
Qarabağ Traktorsazinin əvəzində Almaniya klubu ilə qarşılaşacaq?
Almaniyanın "Rot-Vayss" (Essen) klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin qarşılaşma yanvarın 13-də keçiriləcək və saat 20:30-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" yoxlama oyunlarının siyahısını açıqlayarkən, yanvarın 16-da İranın "Traktorsazi" klubu ilə qarşılaşacağını bildirmişdi.
