9 yanvar 2016 15:00
Zirə Antalyaya yollandı
Futbol üzrə Topaz Premyer Liqasının ilk yarısını üçüncü pillədə başa vuran debütant “Zirə” yanvarın 5-dən etibarən Bakıda hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, paytaxtda dörd gün hazırlıq keçən komanda toplanışı davam etdirmək üçün bu gün Antalyaya yola düşüb.
“Zirə” yanvarın 9-dan 24-dək Antalyada hazırlığının ikinci mərhələsini davam etdirəcək.
