9 yanvar 2016 13:30
Vaqif Cavadov Sumqayıt üçün ilk qolunu vurdu
Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Premyer Liqa klubunun rəqibi birinci divizionda çıxış edən "Şərurspor" olub.
Samir Abasovun çalışdırdığı komanda aşağı liqa təmsilçisi ilə bacarmayıb. Qarşılaşma 1:1 hesabı ilə bitib. Sumqayıtlıların yeganə qolunu komandanın yen transferi Vaqif Cavadov vurub.
Qeyd edək ki, "Sumqayıt" elə bu gün daha bir yoxlama matçı keçirəcək. Sözügedən komandanın budəfəki rəqibi AZAL olacaq.
