9 yanvar 2016 00:25
Yığmamızın ən yaxşısı Fərid Nəbiyev oldu
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyaya qarşı keçirdiyi oyunda ən yaxşı oyunçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin təşkilatçıları Sankt-Peterburqda baş tutan qarşılaşmada Fərid Nəbiyevi fərqləndiriblər.
Qeyd edək ki, yığmamız qrupdakı son oyununda 0:4 hesablı məğlubiyyətlə üzləşib.
