"Azərbaycan millisinin də fərqlənmək üçün şansları oldu"
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Sloveniya U-19 - Azərbaycan U-17 oyunundan sonra rəqib komandanın baş məşqçisi İqor Benedeyçiç fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 4:0 hesablı qələbə qazandıqları görüşü belə şərh edib:
"Çox texnikalı komandaya qarşı oynadıq. Birinci hissədə 2 qol vurduq. Azərbaycan millisinin də fərqlənmək üçün şansları oldu. Amma onlar şanslardan yararlana bilmədilər. Həm də biz ilk yarıda iki qol vuraraq, böyük üstünlük qazanmışdıq. Bu səbəbdən də ikinci hissədə daha rahat çıxış etdik. Qapıçımızın oyununu qeyd etmək istərdim. O bir neçə epizodda inamlı oynadı. Əminliklə deyə bilərəm ki, bu gün qapıçımız bizə çox kömək etdi”.
