8 yanvar 2016 19:00
Martins İnteri Honkonq klubuna dəyişməyinin səbəbini açıqladı
"İnter"in sabiq forvardı Dieqo Martins paytaxt klubunu Honkonq "Peqasus"una dəyişməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Peqasus" klubundan çox yaxşı təklif aldım. Onlarla danışdım və razılaşdım. Azərbaycanın başqa klublarından dəvət almamışdım. Əks halda bu barədə düşünərdim. "İnter"ə gəlincə, baş məşqçi Zaur Svanadze qalmağımı istəyirdi. Amma Honkonqdan gələn təklif cəlbedici idi. "İnter"dən pulumu alaraq ayrıldım. Komanda çempionluq uğrunda mübarizə aparır. Keçmiş klubuma bu yolda uğurlar arzulayıram. Amma mənə elə gəlir ki, "Qarabağ" çempion olacaq".
