8 yanvar 2016 18:00
İnterin bombardiri Honkonq klubunda
"İnter"in bombardiri Dieqo Martins özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Honkonqun "Peqasus" klubunda çıxış edəcək.
Cari mövsümün əvvəlini "İnter"də keçirən futbolçu yeni klubu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Martins "İnter"ə elə 2015-ci ildə gəlmişdi və cari mövsümdə komandanın ən məhsuldar futbolçusu olmuşdu.
