8 yanvar 2016 17:20
Sumqayıt Vaqif Cavadovla müqavilə imzaladı
"Sumqayıt" Futbol Klubu daha bir futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, son olaraq "Qəbələ"də çıxış etmiş yığmamızın üzvü Vaqif Cavadov mövsümün sonuna qədər komandamızda çıxış edəcək. 26 yaşlı futbolçu "Sumqayıt"da 70 nömrəli formanı geyinəcək.
2006-cı ildən Azərbaycan millisinin formasını geyinmiş Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
