8 yanvar 2016 16:00
İnteri İsveçrə klubuna dəyişdi
"İnter"in fransalı hücumçusu Limam Seydi paytaxt klubunu tərk etməyə qərar verib. Azerisport.az xəbər verir ki, o, bundan sonra karyerasını İsveçrədə davam etdirəcək.
Belə ki, 30 yaşlı forvard bu ölkənin "Arau" klubu ilə anlaşıb. İsveçrə birinci divizionunda çıxış edən bu komandanın düşərgəsində olan futbolçunun tezliklə müqavilə imzalaması gözlənilir.
