8 yanvar 2016 15:40
Ludoqorets müdafiəçisini Azərbaycan klubuna buraxmır
Bolqarıstanın "Ludoqorets" klubu müdafiəçi Aleksandr Aleksandrovu Azərbaycan klubuna buraxmaq istəmir. Azerisport.az xəbər verir ki, bir müddət öncə sözügedə ölkə mətbuatı Aleksandrovun "Kəpəz"dən, eləcə də Türkiyənin "Mersin İdmanyurdu" klubundan təklif aldığını bildirmişdi.
Amma 29 yaşlı futbolçunun klubu onun qalmasında maraqlıdır. Bu üzdən də futbolçunun nə ölkəmizə, nə Türkiyəyə getməsini istəyir. Baxmayaraq ki, futbolçunun klubla müqaviləsinin müddəti başa çatmışdı və azad agent statusu daşıyırdı. Amma klub ona daha sərfəli təklif irəli sürərək, komandaya qayıtmasına çalışır.
