8 yanvar 2016 15:20
FİFA Xəzər Lənkəranın altı xalını silə bilər
FİFA "Xəzər Lənkəran"dan keçmiş futbolçularına olan borcları yanvar ayının sonuna kimi ödəməyi tələb edir. Azerisport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, cənub təmsilçisi 600 000 avroluq borcun ən azı bir hissəsini ödəmək məcburiyyətindədir.
Bu da minimum 200 000 avro deməkdir. Əks halda klubun Premyer Liqada topladığı xallar silinəcək. FİFA klubu 6 xalını silməklə hədələyir. Eyni zamanda "Xəzər Lənkəran"a qarşı başqa sanksiyaların tətbiq olunması da istisna deyil.
