8 yanvar 2016 12:40
İnter Bundesliqa klubu ilə oynayacaq
Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in daha bir sınaqçı-rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Almaniyanın "Verder" klubu ilə qarşılaşacaq.
Amma bu dəfə, söhbət Bundesliqa təmsilçisinin əsas komandasından gedir. Bu matç yanvarın 15-də baş tutacaq və Bakı vaxtı ilə 14:00-da start götürəcək.
Qeyd edək ki, "İnter" yanvarın 13-də "Verder"in ikinci komandası ilə də qarşılaşacaq.
