8 yanvar 2016 12:20
Eddi İsrafilov 70 dəqiqə oynadı
İspaniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Las-Palmas"la qarşılaşıb. Oyun futbolçumuzun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Eddi bu oyuna start heyətdə başlayıb. 68-ci dəqiqədə o, sarı vərəqə ilə cəzalanıb. Bundan cəmi iki dəqiqə sonra isə İsrafilov əvəzlənib. Daha sonra "Eybar" azlıqda qalıb və qonaq komanda qələbə qolunu vurub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu yanvarın 13-də keçiriləcək.
