8 yanvar 2016 11:40
"Səlahət Ağayevə mövsümün sonunadək müqavilə təklif edə bilərik"
"Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov Səlahət Ağayevin bu kluba keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının bütün oyunçuları üçün klubumuzun qapıları açıqdır. Ağayev bu və ya digər səbəblərdən özünə klub tapa bilmirsə, məşqsiz qalıbsa, şübhəsiz ki, biz ona hər cür şərait yaratmağa hazırıq. Biz artıq ona belə bir imkan yaratmışıq. Mümkündür ki, özünə klub tapa bilməsə, ona "Sumqayıt"da oynamağı təklif edək. Mövsümün sonuna qədər müqavilə bağlaya bilərik. Amma hələ bu barədə onunla söhbətimiz olmayıb".
