Millimiz qrupdakı son matçda darmadağınla üzləşdi
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirin qrup mərhələsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Sloveniyanın U-19 komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun komandamız üçün uğursuz alınıb. Belə ki, futbolçularımız 4 cavabsız qolla uduzublar.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Futbolçularımız ikinci oyunda isə bolqarıstanlı həmyaşıdlarını 2:0 hesabı ilə məğlub edib. Bu məğlubiyyət nəticəsində komandamız qrupda üçüncü yeri tutub. Çünki son turda qrupun digər oyununda Latviya Bolqarıstana 1:0 hesabıyla qalib gəlib.
Valentin Qranatkinin xatirə turniri
C qrupu
8 yanvar
20:00. Azərbaycan - Sloveniya - 0:4
Qollar: Jijek, 18; 36. Şoştariç, 56. Jurqa, 90.
Azərbaycan: 1. Murad Popov, 2. Hüseyin Seyliqli, 3. Ricat Qarayev, 4. Yusif Həsənov (20. İsmayıl Babayev, 86), 5. Elçin Əsədov (k), 7. Fərid Nəbiyev (6. İbrahim Qədirzadə, 79), 8. Güler Metin (19. Aslan Bədəlzadə, 86), 9. Doğukan Öksüz (16. Süleyman Əhmədov, 75), 10. Pilağa Mehdiyev (17. Arziman Rizvanov, 86), 11. Murad Mahmudov (15. Ceyhun Muxtarlı, 46), 18. Murat Cem Akpınar (14. Bahadur Həziyev, 79).
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Şahin Zəkiyev.
Baş məşqçi: Təbriz Həsənov.
Sloveniya: 1. Rok Vodişek (12. İqor Vekiç, 83), 2. Sandi Çoraliç (16. David Dediç, 83), 3. Matia Rom, 4. Sven Kariç Şoştariç (15. Veron Şalya, 83), 5. Yanez Pişek (k), 7. Deyan Petroviç (8. Luka Kambiç, 64), 9. Kevin Jijek (19. Tom Jurqa, 75), 10. Yakob Novak (11. Marçel Kene, 64 // 13. Niko Vayda, 75), 17. Kristyan Sredoviç, 18. Rok Bujinel, 20. Sandi Orqineç (6. David Brekalo, 75).
Baş məşqçi: İqor Benedeyçiç.
Qrupdakı son durum: Sloveniya - 7, Latviya - 5, Azərbaycan - 4, Bolqarıstan - 0.
