8 yanvar 2016 11:20
Şensoy Pirinin kapitanını klublarımıza təklif edir
"Turan"ın sabiq baş məşqçisi, hazırda Bolqarıstanın "Pirin" klubunu çalışdıran Naci Şensoy bəyan edib ki, onun komandasında hazırda Azərbaycanda oynaya biləcək futbolçular var. Azerisport.az saytına açıqlamasında türkiyəli mütəxəssis bunları söyləyib:
"Pirin"də əcnəbi futbolçular yoxdur. Bu, klubumuzun fəxr ediləsi addımlarından biridir. Burada Azərbaycan Premyer Liqasında oynaya biləcək xeyli futbolçu var. Onlardan biri Martin Toşevdir. İndi o, bizə Bolqarıstan çempionatındakı mövqeyimizi qorumaq üçün çox lazımdır. Amma növbəti mövsümdən etibarən Azərbaycan klublarından birinə təklif edə bilərəm".
Qeyd edək ki, Şensoyun indiki komandası geridə qalan 20 turdan sonra sonuncudan əvvəlki pillədə qərarlaşıb.
