8 yanvar 2016 00:30
Qarabağ tək məşqlə davam edir
"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın ikinci günündə komandanın proramında 1 məşq vardı.
Ağdam təmsilçisi ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 10:30-da yollanıb. Komandanın çalışması 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 4 qrupda "kvadrat" oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiriblər.











