8 yanvar 2016 00:20
Fransa mətbuatı: Hafiz Məmmədov Lansı satmağa hazırdır
Fransa mətbuatı "Lans" klubunun sahibi, "Bakı"nın prezidenti Hafiz Məmmədovla bağlı maraqlı iddia irəli sürüb. Azerisport.az xəbər verir ki, fransız həmkarlarımız Məmmədovun bu klubu satmağa hazır olduğunu iddia edib.
Onlar eyni zamanda belçikalı biznesmen Qreqori Makenin "Lans"ı almaq istədiyini də yazıblar. Sözügedən şəxs bunun üçün "Lans"a 2,5 milyon avro ödəməyə də hazırdır. Make satınalma əməliyyatı üçün Məmmədovla şəxsən görüşmək istəyir. Fransızlar azərbaycanlı sahibkarın klubu satmağa razılaşacağını bəyan ediblər.
