8 yanvar 2016 00:10
İnterin Almaniya klubu ilə matçının vaxtı bilindi
Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in ilk yoxlama matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu ilk sınaq görüşündə Almaniya "Verder"inin ikinci komandası ilə üz-üzə gələcək.
Həmin oyun yanvarın 13-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
