7 yanvar 2016 20:30
Emil Balayev Ayntraxtın məşqində
Azərbaycan yığmasının qapıçısı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunda məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, futbolçumuzun komandası yanvarın 4-dən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışındadır.
Yığmamızın qapıçısı da komandası ilə birgə bu hazırlıqda iştirak edir. Balayev məşqlərə xüsusi qoruyucu maska ilə çıxır. Buna səbəb onun ötən il məruz qaldığı cərrahiyyə əməliyyatdır.




