7 yanvar 2016 19:30
Adrian Skarlatake yeni kluba keçir
"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Adrian Skarlatake yeni kluba keçməyə çox yaxındır. Azerisport.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında danışıq apardığı komandanın adını açıqlamaq istəməyib:
"Hazırda danışıq aparırıq. Sadəcə, onu deyə bilərəm ki, danışıq apardığım klub avrokuboklarda çıxış edir. Hər mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparır".
