7 yanvar 2016 18:40
Rauf Əliyev: Məşqlərə start versəm də, yaşıl meydana üç ay sonra çıxa biləcəyəm
"İnter"in hücumçusu Rauf Əliyev məşqləri bərpa edib. Komandası ilə birgə Türkiyədə təlim-məşq toplanışında olan futbolçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Hələlik, qaçışlara başlamışam. Trenajorda da məşq edirəm. Tədricən komanda ilə məşqləri bərpa etmək istəyirəm. Amma meydana çıxmağıma gəlincə, düşünürəm ki, bu, ancaq üç aydan sonra mümkün olacaq".
