7 yanvar 2016 17:30

Qəbələdən sabiq baş məşqçi ilə bağlı açıqlama

"Qəbələ" əvəzedici komandanın sabiq baş məşqçisi Luis Araqon işi ilə bağlı açıqlama yayıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytındakı açıqlamada bunlar qeyd olunub:

"Son 3 mövsümdə əvəzedici komandamızda baş məşqçi kimi çalışmış Luis Araqonla müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə dair mətbuatda yer alan xəbərlər həqiqəti əks etdirmir. Diqqətinizə çatdırmaq istərdik ki, klub rəsmiləri tərəfindən məsələ ilə bağlı daha öncə verilən açıqlamalarda olduğu kimi, müqavilə şərtləri Luis Araqonun və klubun nümayəndələri tərəfindən bir daha nəzərdən keçirildikdən sonra klub üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Bir daha vurğulamaq istərdik ki, məsələ mətbuatda qeyd edildiyi kimi FİFA-nın müvafiq qurumlarının çıxardığı qərara əsasən deyil, tərəflər arasında həllini tapmışdır. Klub Luis Araqonun fəaliyyət göstərdiyi dönəmdə işini yüksək qiymətləndirir və dostluq münasibətlərini davam etdirir. Məsələnin FİFA qurumları tərəfindən həll edildiyi ilə bağlı mətbuatda yer alan xəbərlər həm klubumuzun, həm Luis Araqonun təəccübünə səbəb olmuşdur. Mütəxəssis bununla bağlı klubumuza göndərdiyi məktubda da məsələnin tərəflər arasında həll edildiyini bildirib: "Azarkeşlər, klub əməkdaşları və 3 il ərzində çalışdığım bütün insanlara salamlarımı çatdırıram. Öncə bir məsələyə aydınlıq gətirmək istəyirəm: klub və mənim aramda yaranmış müqavilə ilə bağlı şərtlər hər iki tərəfi məmnun edəcək şəkildə öz aramızda həllini tapmışdır. Çox şadam ki, Azərbaycanın ən yaxşı klubunda işləmək şansı əldə etdim. Müəyyən müddət klubun əsas komandasında da çalışdım və mənə etimad göstərdikləri üçün bütün klub nümayəndələrinə "çox sağ olun" deyirəm. Əvəzedici komandada, U-19 komandasında gördüyümüz bütün işlər məni razı saldı. Mən və ailəm yaşadığımız bu 3 illik gözəl təcrübədən razı şəkildə ayrıldıq. Bu müddətdə yeni mədəniyyətlə tanış oldum və verilən şansdan həzz alaraq yararlandım. Klubda daim peşəkarlar tərəfindən əhatə olundum və 3 il ərzində çalışdığım bütün oyunçulara davranışlarına görə təşəkkür edirəm. İş və məişət planında mənə kömək edən hər bir şəxsə bir daha minnətdarlığımı bildirirəm, onların əməyini unuda bilmərəm. Əminəm ki, klubda hər kəs meydançada və ondan kənarda əlimdən gələnin ən yaxşısını etdiyimi bilir. Mən gördüyüm işlərdən məmnun şəkildə ayrılmışam və klubla münasibətlərimiz həmişə yüksək səviyyədə qalır. Bir daha 3 il ərzində mənə dəstək olan azarkeşlərə, klub əməkdaşlarına, oyunçulara "sağ olun" deyirəm, kluba gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümid edirəm ki, yollarımız bir daha kəsişəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.