7 yanvar 2016 17:00

Ramin Musayev: Biz heç kimdən artıq pul istəmirik

Azərisport.az Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsini təqdim edir.

- Azərbaycan klublarına transfer qadağası qoyulması hansı zərurətdən yarandı? Yəqin, borclarının ödənilməsini tezləşdirmək üçün bu qərar vacib idi?
- Peşəkar Futbol Liqası yaranandan qurum üzvlük haqqı, cərimələr və digər ödənişlər əsasında büdcəsini formalaşdırır. Biz heç kimdən artıq pul istəmirik. Sadəcə, borcun varsa, ödəməlisən. Bura legioner futbolçulara aid üvlük haqqları, eləcə də cərimələrdən yığılan məbləğlər daxildir. AFFA İntizam Komitəsinə müraciət etdik, onlar da yanvarın 29-na qədər transfer qadağası haqda qərar qəbul etdi. Bu müddətə qədər klubların heç bir yerli və ya əcnəbi futbolçularının qeydiyyatı aparılmayacaq. Borcları ödəniləndən sonra biz yeni futbolçuların keçidini qeydiyyatdan keçirəcəyik. Yanvarın 29-na qədər borclar ödənilməsə, klublarda əcnəbi futbolçuların oynamasına qadağa qoyulacaq.

- Ramin bəy, ümumilikdə nə qədər məbləğ PFL-ə borcludurlar? Və maraqlıdır hansı klublar borcludur?
- Məbləğ açıqlamaq düzgün olmaz. "Qarabağ"dan başqa bütün klubların borcu var. Digər 9 klubun müxtəlif məbləğlərdə PFL-ə borcu var. Biz ümid edirik, deyilən müddətə pullar ödəniləcək.

- Klublardan məsələylə bağlı maraqlanan olub?
- "Qəbələ"dən zəng vurmuşdular. Məbləği dəqiqləşdirəcəklər, yaxın günlərdə ödəyəcəklərini dedilər. AZAL-dan vitse-prezident Fikrət Hüseynov əlaqə saxlamışdı, bildirdi ki, tez bir zamanda məsələ həll olunacaq. "İnter"in prezidenti Rəşad Qasımovla görüşüm olub. Çox razı qaldım bu görüşdən. Ən çox borcu olan "İnter"dir. Bununla belə klub rəhbəri qısa müddətdə ödənişin reallaşacağını qeyd etdi. Çox şadam ki, kluba belə rəhbər seçilib. Futbolu bilən və komandanın inkişafını istəyən insandır. Digər klublardan hələlik, xəbər yoxdur.

- Son hadisələr klubların inkişafına mane olacaq. Demək olar ki, əksər klublarımızda maliyyə problemi özünü göstərir. PFL rəhbəri kimi bu sizi narahat edirmi?
- 2015-ci il Azərbaycan futbolu üçün önəmli il oldu. Çox vacib işlər görüldü. İki klubumuz Avropa Liqasının qrup mərhələsində yarışdı. Sözsüz biz istəyirik uğurlarımız davamlı olsun. Ümumiyyətlə çempionatı hər il daha yüksək səviyyədə keçirməyə çalışırıq. Digər tərəfdən maliyyə ilə bağlı yaranan problemləri başa düşürəm. Amma fikrimcə, klublarda işləyən insanların işindən çox şey asılıdır. Fikir verin, ötən il "İnter"də böhran oldu. Maliyyə ilə bağlı ciddi problemlər var idi. Lakin klub tarixində ilk dəfə avrokuboklarda iki mərhələ adladı. Hazırda isə turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Deməli, düzgün iş qurulmalıdır.

- Manatın dollara nisbətən ucuzlaşmasından sonra ola bilər ki, PFL gələcəkdə cərimələri xarici valyuta ilə qəbul etsin?
- Ola bilməz. Milli valyutamız manatdır, ona görə hər zaman manat olacaq. Mövsümün sonuna qədər büdcəmizdəki vəsaitlə planlaşdırılan işləri görməyə çalışacağıq. Əgər büdcədəki pul kifayət edərsə, yeni mövsümdə bəzi cərimələri və ya üzvlük haqqlarının qiymətini aşağı salmağı müzakirə edərik.

- Mövsümün sonunda 1-ci diviziondan Premyer Liqaya yüksələn klub olacaq?
- Bəzən çempionatdakı klubları müzakirə edirlər. Mən istəyirəm ki, Premyer Liqada 20 klub olsun. Amma mənim istəyimlə iş bitmir. Klubu saxlamağa sponsor lazımdır. Əgər sponsor yoxdursa, klubların sayını necə artırmaq olar? Hazırda bu barədə danışmaq çətindir. Son pilləni tutan komanda Premyer Liqanı tərk etməlidir. 1-ci divizionun qalibi isə elitaya yüksəlməlidir. Birinci divizionda bəzi klublar maraqlanır ki, əgər yüksək yerlər tutmasaq, amma sənədlərimiz və maliyyə zəmanətimiz qaydasında olarsa, Premyer Liqada oynaya bilərik? Hazırda bir neçə klub Premyer Liqada oynamaq istədiyini bildirib. Əgər birinci divizionun qalibi elitaya yüksələ bilməsə, o zaman həmin klubların məsələsi müzakirə oluna bilər. Bu barədə mövsümün sonunda konkret fikir söyləmək mümkündür.

- Futbolçuların qiyməti aşağı düşür. Artıq heç kim 400-500 min manat tələb edə bilmir. Sizcə, bu yaxşı haldır?
- Hər zaman demişəm ki, bəzi futbolçular aldığı pula layiq deyil. 18-19 yaşında futbolçu böyük pul görəndə dəyişməlidir. Böyük pullar bahalı maşınlar gətirir, amma istedadı artırmır. Yadınıza salın, bir neçə il əvvəl bəzi gənc futbolçuları perspektivli hesab edirdik. Onların tez bir zamanda Avropa meydanlarında oynayacağını deyirdik. Niyə onlar Avropa meydanlarında oynamağa layiq olmadı? Çünki, böyük pullar onların inkişafına mane oldu. İndiki dövrdə daha çox çalışmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.