7 yanvar 2016 16:30
Neftçi üç əskiklə başladı
"Neftçi" mövsümün qalan dövrünün hazırlığına start verib. Azerisport.az xəbər verir ki, paytaxt klubu məşqlərə üç əskiklə başlayıb.
Belə ki, məşqlərdə Mixal Peskoviç iştirak etmir. O, bu gün Bakıya qayıdacaq. Eyni zamanda Fəhmin Muradbəyli ilə Samir Məsimovun da paytaxtımıza bu gün gəlməsi gözlənilir.
