7 yanvar 2016 15:10
Rəvanın vitse-prezidenti: Borc varsa, ödəmək lazımdır
"Rəvan"ın vitse-prezidenti İlqar Axundov Peşəkar Futbol Liqasına olan borca görə AFFA İntizam Komitəsi tərəfindən çıxarılan məlum sanksiyaya münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Borc varsa, ödəmək lazımdır. Mən elə də çox borcumuzun olduğunu düşünmürəm. Yanvarın 29-na qədər borcumuzu ödəməyə çalışacağıq. Futbolçu və məşqçilərə olan borca gəlincə, bizdə üç ayın maaşı yox, iki ayın maaşı qalıb. Oktyabr ayından da 15 faiz. Tədricən bütün futbolçuların pulunu ödəməyə çalışırıq. Manatın devalvasiyası "Rəvan"a da təsirsiz ötüşməyib. Buna baxmayaraq, həm PFL-ə, həm də komanda üzvlərinə olan borcu bağlamağa çalışacağıq".
