7 yanvar 2016 14:40
Xəzər Lənkəran sabah toplanışa başlayır
Dövrələr arası fasilə müddətində “Xəzər Lənkəran” qış təlim məşq toplanışını vətəndə keçirəcək. Azerisport.az xəbər verir ki, komanda sabah Lənkərandakı bazasın4da bir araya gələrək toplanışa start verəcək və saat 16:00-da ilk məşqinə çıxacaq.
Yunis Hüseynovun rəhbərliyi altında yanvar ayının 13-nə qədər Lənkəranda hazırlaşacaq “Xəzər Lənkəran” daha sonra məşqlərini paytaxt Bakıda davam etdirəcək.
Komandanın yoxlama oyunları barədə əlavə məlumat veriləcək.
